Azərbaycan Belarusdan elektrik avtobusları alıb

Yeniliklər 28 İyun 2019 12:46 Oxunub 1306
Azərbaycan Belarusdan elektrik avtobusları alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq bu ilin sonunda və ya gələn ilin əvvəllərində şirkət Avropa bazarlarına çıxacaq

Azərbaycan Belarusun “Belkommunmaş” holdinqindən 4 elekriklə hərəkət edən avtobus alıb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, holdinq öz istehsalı olan 90-dan artıq elektrik avtobusunun satışını həyata keçirib.

Bu avtobusların 90 ədədə yaxını ancaq Belarusdan olan alıcılara göndərilib və 4 ədəd elektrik avtobusu isə Azərbaycana ixrac edilib.

Bundan başqa, hazırda elektrik avtobuslarının Gürcüstana tədarük edilməsi ilə bağlı perspektivlər işlənilir. Elektrik avtobuslarının iki nümunəsi Avropa standartlarına uyğun istehsal edilib. “Belkommunmaş” holdinqinin xarici iqtisadi fəaliyyət idarəsinin müdiri vəzifəsini icra edən Aleksandr Klakeviç bildirib ki, artıq bu ilin sonunda və ya gələn ilin əvvəllərində şirkət Avropa bazarlarına çıxacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh