Ölümlə nəticələnən yol qəzası törədlb qaçdı – 4 il sonra tutuldu - FOTO

Qaydalar 28 İyun 2019 13:22 Oxunub 1976
Ölümlə nəticələnən yol qəzası törədlb qaçdı – 4 il sonra tutuldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü izi itirmək üçün avtomobili ayrı-ayrı hissələr bölüb satdığını bildirib

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü saxlanılaraq istintaqa cəlb edilib. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, 2015-ci il aprelin 10-da Hacıqabul-Şirvan yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsinin 3-cü kilometrliyində  naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən İlqar İsmayılovu vurması, sonuncunun aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölməsi və sürücünün hadisə yerindən yayınması  faktına görə RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni rayon sakini Şamxal Xancanov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edərək izi itirmək üçün avtomobili ayrı-ayrı hissələr bölüb satdığını bildirib.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.  

 

Toğrul Nəsirli,
polis leytenantı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh