Daha bir büdcə təşkilatı bahalı xidməti avtomobil aldı
Avtobazar 1 Iyul 2019 08:34 914 dəfə oxunub
Daha bir büdcə təşkilatı bahalı xidməti avtomobil aldı
Satınalma müqabilində 65 800 manat ödənilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu xidməti avtonəqliyyat vasitəsinin satın alınması ilə əlaqədar “Toyota Bakı Mərkəzi” MMC ilə müqavilə imzalayıb. Avtosfer.az-ın Finans.az-a istinadən məlumatına əsasən bu satınalma müqabilində “Toyota Bakı Mərkəzi”nə 65 800 manat ödənilib. Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC və Sumqayıt Dövlət Universiteti 1 ədəd “Toyota Land Cruiser 200” Premium sinifə aid edilən xidməti avtomobilin alınmasına müvafiq olaraq 139 750 manat və 116 000 manat, “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” PHŞ isə sedan tipli “Toyota” avtomobilinin satınalınmasına 72 700 manat xərcləyib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh