BNA sədri Vüsal Kərimli “Nəqliyyat agentləri” ilə görüşdü - FOTO

Avtoxəbər 1 İyul 2019 14:07 Oxunub 1498
BNA sədri Vüsal Kərimli “Nəqliyyat agentləri” ilə görüşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Könüllülər Bakı Nəqliyyat Agentliyində təcrübə keçəcək

Bakı Nəqliyyat Agentliyinin “Yol həyatdır” layihəsi çərçivəsində həyata keçirilən “Nəqliyyat Agentləri” könüllülük proqramına qəbul olunan könüllülərlə görüş keçirilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb. Ölkəmizin təbii sərvətlərinin insan kapitalına çevrilməsinin bu siyasətin əsas faktorlarından olduğunu diqqətə çatdırıb. İdarə Heyətinin sədri Azərbaycanda 2012-ci ildən başlanılan könüllülük hərəkatını gənclər siyasətinin bariz nəticələrindən biri kimi dəyərləndirib. Son illər könüllülər hərəkatının geniş vüsət aldığnı qeyd edən Vüsal Kərimli bunun xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, ölkə başçısının tövsiyəsinə uyğun olaraq cəlb edilən könüllülər Bakı Nəqliyyat Agentliyində təcrübə keçəcək. Bunun üçün Agentliyin mərkəzi aparatında və struktur bölmələrində uyğun şərait yaradılıb. Könüllüləri fəal olmağa dəvət edən İdarə Heyətinin sədri təcrübə müddətində əldə etdikləri bilik və bacarıqların onların ixtisaslı kadr kimi formalaşmasına töhfə olacağını qeyd edib.   
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramı həyata keçirir. “Yol həyatdır” layihəsi çərçivəsində təşkil edilən “Nəqliyyat Agentləri” könüllülük proqramın məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinintəmin edilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Proqram çərçivəsində, cəlb edilən 60 nəfər gənc könüllü Agentliyin müvafiq şöbələrində 2 ay müddətində təcrübə keçəcək və sonda sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, könüllülərin cəlb edilməsi davamlı olaraq həyata keçiriləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh