Yük maşını 6 avtomobilə çırpıldı: 7 yaralı - FOTO

Avtosfer Foto 1 İyul 2019 15:01 Oxunub 1980
Yük maşını 6 avtomobilə çırpıldı: 7 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıblar

İstanbulda yük maşınının iştirakı ilə zəncirvari yol qəzası baş verib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11.00 radələrində Silivri rayonu, “D-100” trasında qeydə alınıb. Məlumata görə, Təkirdağdan Çatlaca istiqamətində hərəkətdə olan yük maşını əyləcində yaranmış nasazlıq səbəbindən sürücüsünün idarəetməsindən çıxaraq 6 minik avtomobilinə çırpılıb. Nəticədə 7 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıblar.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh