+30 dərəcədə dolu yağdı: küçələrdə buzun qalınlığı 1.5 metrə çatdı – FOTO + VİDEO

Maraqlı 1 İyul 2019 18:35 Oxunub 1950
+30 dərəcədə dolu yağdı: küçələrdə buzun qalınlığı 1.5 metrə çatdı – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi nəqliyyat vasitələri buz təbəqəsinin altında qalıb

Meksikanın Qvadalaxara şəhərində yayın istisində küçələri buz bağlayıb. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, bir anda başlayan dolu yağışı qısa müddət ərzində şəhərin 6 məhəlləsini qalın buz təbəqəsi ilə örtüb. Buzun qalınlığı 1.5 metrə çatıb.

Bəzi nəqliyyat vasitələri buz təbəqəsinin altında qalıb, evlərin damlarına ciddi ziyan dəyib.

Hadisə yerinə xilasetmə briqadaları və qar təmizləyən maşınlar cəlb edilib.

Havanın temperaturu +30 dərəcə olduğu ərazilərdə işlər çətinliklə başa çatdırılıb.

Səlahiyyətli şəxslər bildiriblər ki, bu mövsümdə fırtınalar baş verirdi ancaq bu dərəcədə də olmurdu.

Onlar həmçinin qeyd ediblər ki, bölgənin ayrı-ayrı ərazilərində sel daşqınları olub, 200 evə ziyan dəyib. Nəticədə xəsarət alan olmayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh