Avtosfer.az | Reklam
“Porsche” ilə bir gün – FOTOLAR – VİDEO
Avtodünya 2 Iyul 2019 11:41 425 dəfə oxunub
“Porsche” ilə bir gün – FOTOLAR – VİDEO
Adrenalin, maraq, əyləncə dolu anlar...

İyul ayının 30-u Porsche Bakı Mərkəzinin təşkilatçılığı ilə “Test&Training Azerbaijan” Porsche markalı avtomobil sahiblərini qonaq etdi.

Avtosfer.az-ın da dəvət olunduğu tədbir “Porsche günü” adlanırdı. Adətən belə tədbirlər üçün avtomobil həvəskarları xarici ölkələrə üz tutur. Amma Porsche Bakı Mərkəzi bu fürsəti yaratmaqla həm avtomobil həvəskarlarına, həm də digər avtomobil şirkətlərinə stimul vermiş oldu.

Əslində o qədər də çətin bir iş deyil. İlk baxışdan... Etiraf edim ki, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bircə mənfi nüans var idi. O da havanın həddindən artıq küləkli olması. Amma təşkilatçılar buna da hazır idi.

Əvvəlcədən qeydiyyatdan keçmiş Porsche avtomobili sahibləri 5 mərhələ üzrə özlərini sınaqdan keçirdilər. Hər bir mərhələ üzrə xüsusi təlimçilər onları müşayət edirdi. Həyacan və adrenalin dolu anlar yaşayan sürücülər həm də mərhələlərdən bal toplayırdılar ki, sonrda bu da qalibi müəyyən edəcəkdi.

Porsche Bakı Mərkəzi media nümayəndələrini də yaddan çıxarmamışdı. Ayrılmış avtomobillə biz də özümüzü müxtəlif sınaqlardan keçirdik. Deyim ki, heç də pis nəticələr olmadı. Amma həmkarım Natiq Zərbəliyev və Mamed Hacıyevlə birgə iştirak etdiyimiz testlərdə maraqlı anlar yaşadıq. Natiq Zərbəliyev və mənim gözüyumulu maneələrdən keçməsi alınmasa da “jurnalistlər gərək gözüaçıq olsun” ifadəsi ilə bu etapı da “bağladıq.” Amma həmkarım Mamed Hacıyevin istər drift isətərsə də barier keçmə mərhələsində göstərdiyi performas uğurlu oldu. Natiq Zərbəliyev isə sürəti hiss etmə yarışında uğur qazandı.

İştirakçıların demək olar ki, əksəriyyəti peşəkar sürücülər idi. Bu özünü daha çox sürətli idarəetmədə göstərdi.

Ümumilikdə bütün gün ərzində həm istirahət etdik, həm də maraqlı anlar yaşadıq. Buna görə Porsche Bakı Mərkəzinə təşəkkür edirəm.

Orxan Əli

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh