Prezidentin 1.4 milyon avroluq “Mercedes-Maybach Pullman Guard”ı - VİDEO

Avtodünya 2 İyul 2019 13:46 Oxunub 6309
Prezidentin 1.4 milyon avroluq “Mercedes-Maybach Pullman Guard”ı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili 530 at gücündə olan 6 litrlik mühərrik hərəkətə gətirir

Belarus prezidenti Aleksandr Lukaşenka yeni “Mercedes-Maybach Pullman Guard” markalı avtomobili ilə iyunun 30-da ikinci Avropa oyunlarının bağlanış mərasimində görüntülənib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, bu “Mercedes” şirkətinin ən yeni nəsil olan  zirehli limuzindir.

Ehtimal olunur ki, Aleksandr Lukaşenka iyulun 3-də Müstəqillik günü münasibəti ilə keçiriləcək parada da bu avtomobillə gələcək.

“Mercedes-Maybach Pullman Guard” markalı avtomobillərin tədarükü keçən ildən başlayıb.

Amma sifarişçilərə uzun müddət gözləmək lazım gəlir – hər maşını hazırlamaq üçün təxminən 9 ay vaxt gedir.

Sürücünü və sərnişini zirehli polad qoruyur. Şüşələri isə 6 santimetr qalınlığındadır.

Limuzinin çəkisi 5.1 tondur. Avtomobili 530 at gücündə olan 6 litrlik mühərrik hərəkətə gətirir.

Onun qiyməti 1.4 milyon avrodur.

Bu gün bu dünyada ən bahalı nümayəndəlik modeli hesab edilir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh