Azərbaycanda helikopter turları başlayıb – istiqamətlər və qiymətlər

Maraqlı 2 İyul 2019 14:29 Oxunub 4305
Azərbaycanda helikopter turları başlayıb – istiqamətlər və qiymətlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə 4-5 saat çəkən səyəhət Bakı- Quba və Bakı-Qəbələyə həyata keçirilir

Azərbaycanda rayonlara helicopter turları başlayıb.Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən biri Bakıdan Qəbələyə və Qubaya helikopterlə turlar təşkil edir. Şirkətdən verilən məlumata görə, «Agusta Westland AW-139» markalı helikopterlə təşkil olunan turun baş tutması üçün azı 12 nəfərin iştirak etməsi vacibdir.Bu zaman isə adambaşına 1100 manat ödənməlidir.

Şirkətdən verilən məlumata görə, ümumilikdə 4-5 saat çəkən səyəhət Bakı- Quba və Bakı-Qəbələyə həyata keçirilir. Tura Bakıda Zabrat aeroportundan başlanılır. Belə ki, səfər edilən ərazidə turistlər nahar edib bir neçə saat gəzdikdən sonra yenidən helikopter vasitəsi ilə Bakıya gətirilirlər. Günorta yeməyi pulsuzdur. Buraya assorti kabablar, müxtəlif növ salatlar, qarnirlər və soklar, sular, kompotlar daxildir.

Məlumat üçün bildirək ki, turun tam dəqiq baş tutması hava şəraitindən də aslıdır. Həmçinin yaşından aslı olmayaraq ödəniş hamı üçün eynidir. Bundan başqa, istəyə uyğun olaraq yeməklərdə və proqramda dəyişiklik edilə bilər.

Təkcə son iki gün ərzində turla maraqlananların sayı 500 nəfərdən çox olub. Şirkət rəsmisinin sözlərinə görə, bu tip turlara daha çox Körfəz ölkələrindən olan turistlər maraqlanırlar. Belə ki, ərəb turistlərin yola çox vaxt itirmək istəmədikləri üçün bu varianta üstünlük verirlər. (Fed.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh