Yol polisindən zolağa girən sürücülərə - Xəbərdarlıq

Avtoxəbər 2 İyul 2019 14:53 Oxunub 1109
Yol polisindən zolağa girən sürücülərə - Xəbərdarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək

Sumqayıtda müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobuslar üçün xüsusi zolaqların salınmasına başlanılıb. APA-nın xəbərinə görə, şəhərin əsas girişi olan Sülh prospektində hərəkət sıx olduğundan və tıxacların qarşısının alınması məqsədilə yolun birinci zolağı avtobuslar üçün ayrılıb. Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək.

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Şamxal Əliyev açıqlamasında cərimənin məbləğini də açıqlayıb: "Nişanlama xəttinin tələbi olaraq 40 manat məbləğində cərimə tətbiq olunacaq. Həmin xəttə girmə elə xəttin tələbini pozmaq deməkdir. Sürücülər üçün xətdə saxlamaqla, xəttə girmək eyni məsuliyyətdir. İş tam başa çatmadığı üçün hələ ki, sürücülərə xəbərdarlıqlar edilir. Sülh küçəsinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsindən Koroğlu prospekti istiqamətində nişanlama bu gün aparılacaq. İşlər tam başa çatmadığı üçün sürücülər hələ ki, cərimələnmir. Yalnız xəbərdarlıqlar olunur".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh