Yol vermək üstündə düşən mübahisə ölümlə bitdi: 13 dəfə atəş açdı - FOTO

Avtosfer Foto 3 İyul 2019 13:33 Oxunub 2433
Yol vermək üstündə düşən mübahisə ölümlə bitdi: 13 dəfə atəş açdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis faktla bağlı araşdırmalara başlayıb

İstanbulda motosiklet sürücüsü yolda mübahisə etdiyi avtomobil sürücüsünü öldürüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident Bağçılar rayonunda qeydə alınıb. Məlumata görə, Ədirnə istiqamətində motosikleti ilə hərəkətdə olan 59 KT 457 dövlət qeydiyyat nişanlı motosiklet sürücüsü Həsən Saykal ilə 34 BBE 171 dövlət qeydiyyat nişanlı avtomobil sürücü Sərdar Çəkic arasında yol vermək üstündə mübahisə yaşanıb.

Sürücülər bir müddət irəlilədikdən sonra dayanıblar. Yol kənarında duran motosiklet sürücüsü Həsən Saykal yanında gəzdirdiyi silahı çıxararaq avtomobilə doğru 13 dəfə atəş açıb.

Bədəninin müxtəlif yerlərindən 4 güllə yarası alan Sərdar Çəkici ağır yaralanıb.

Digər sürücülərin çağırışı ilə hadisə yerinə polis və səhiyyə briqadaları gəlib.

Polis əməkdaşları hadisə yerində gözləyən Həsən Saykalı həbs edib. Ağır xəsarət alan Sərdar Çəkici təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da həkimlərin bütün səylərinə  baxmayaraq həyatını itirib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh