"Tesla"dan yeni rekord - SƏHMLƏRİ BAHALAŞDI

Avtoxəbər 3 İyul 2019 15:56 Oxunub 1269
"Tesla"dan yeni rekord - SƏHMLƏRİ BAHALAŞDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu modellərin 17 min 650-i "Model S" və "Model X" olub

Elektrikli avtomobil istehsalçıpsı "Tesla" ötən rüb ərzində rekord sayda elektromobil təhvil verib. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, bu məlumatdan sonra şirkətin səhmləri 7% bahalaşıb. Belə ki, "Tesla" ötən rüb ərzində 77 min 550 ədəd "Model 3s" çatdırıb ki, bu da analitiklərin 73 min 144 ədədlik proqnozunu üstələyib. Bütün modellərin təslimatında isə ilk rüb ilə müqayisədə 51% artım qeydə alınıb və bütövlükdə 95 min 200 elektromobil təslim edilib. Analitiklər isə bu rüb üçün 89 min 84 elektromobil çatdırılacağı ilə bağlı proqnoz vermişdi.

Qeyd edək ki, bu modellərin 17 min 650-i "Model S" və "Model X" olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh