"Porşe"nin türk adı verdiyi yeni avtomobili İLK DƏFƏ GÖRÜNTÜLƏNDİ

Avtoxəbər 3 İyul 2019 22:14 Oxunub 1794
"Porşe"nin türk adı verdiyi yeni avtomobili İLK DƏFƏ GÖRÜNTÜLƏNDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Porşe Taycan" sentyabrda ümumi satışa buraxılacaq

Çinin dünyaca məşhur "Porşe" avtomobil şirkəti yeni məhsulunu təqdim edib.

Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, elektriklə işləyən yeni avtomobilə türkcə bir gəncin canlılıq və hərəkətliliyini ifadə edən "Taycan" adı verib.

Performansla yanaşı, uzun yollar üçün komfort təmin etməyi hədəfləyən avtomobil 529 at gücündədir və saatda 250 km sürətlə gedə bilir.

"Porşe Taycan" sentyabrda ümumi satışa buraxılacaq.

Şanxaydakı "Porşe Sınaq Mərkəzi" qalereyasında sərgilənən "Taycan"ı ilk dəfə çinli pilot Li Çao sürüb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh