Zibil maşını körpüdən aşdı: 12 yaralı - FOTO

Avtosfer Foto 4 İyul 2019 08:14 Oxunub 1431
Zibil maşını körpüdən aşdı: 12 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərazidə bir neçə saatlıq tıxac yaranıb

ABŞ-ın Nyu-Jersi ştatında zibil maşınının iştirakı ilə baş verən yol qəzası nəticəsində 12 nəfər xəsarət alıb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyulun 3-ü Linkoln tunelində qeydə alınıb.

Bu barədə “CBS” telekanalı məlumat yayıb.

Hadisə şahidi bildirib ki, yük maşınının sürücüsü idarəetməni itirərək bir neçə avtomobillə toqquşub və körpünün təhlükəsizlik səddini qıraraq tunelin girişinə düşüb.

Digər şahidin dediyinə görə, zibil maşını qəsdən yüksək sürətlə hərəkət edib.

Ərazidə bir neçə saatlıq uzun tıxac yaranıb.

Polis araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh