Məşhur futbolçunun sürücülük hüququ əlindən alındı - Spirtli içkiyə görə

Maraqlı 4 İyul 2019 12:14 Oxunub 1057
Məşhur futbolçunun sürücülük hüququ əlindən alındı - Spirtli içkiyə görə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oyunçu Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib. Avtoasfer.az xəbər verir ki, buna səbəb 31 yaşlı müdafiəçinin avtomobil idarə edərkən spirtli içki testindən imtina etməsidir. Oyunçu Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb. Lakin o testdən imtina edərək 675 avro ödəmək qərarına gəlib. Oyunçu bir il ərzində ölkədə avtomobil idarə etmək hüququndan məhrum olub.

Qeyd edək ki, braziliyalı futbolçu yığmanın baş məşqçisi Titenin qərarı ilə ölkəsində keçirilən Amerika Kuboku turnirində iştirak etmir. O, bu səbəbdən ailəsi ilə birlikdə tətildədir. Marselo 2007-ci ildən “Real Madrid”in formasını geyinir. (Report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh