Honda CR-V – tam yeni Prestige versiyada satışda!

Avtodünya 4 İyul 2019 13:18 Oxunub 1855
Honda CR-V – tam yeni Prestige versiyada satışda!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Axıcı ön hissə və təkmilləşdirilmiş aerodinamika isə avtomobilə əlavə dəyər qatır

Honda-nın Azərbaycandakı rəsmi distribüteri yeni Honda CR-V modelinin satışlarının başladığını elan edib. İllərin sınağından çıxmış əsl yol yoldaşı Honda CR-V tam yeni PRESTIGE versiyada yenidən yollara çıxmağa hazırdır. İndi Honda CR-V daha idmansayağı və individual görkəm alıb, eyni zamanda innovativ texnologiya və funksiyalarla zənginləşdirilib. Eleqant eksteryeri fərqləndirən tam LED optika və lyuk kimi detallardır. Axıcı ön hissə və təkmilləşdirilmiş aerodinamika isə avtomobilə əlavə dəyər qatır.

İnteryer və texnologiyalar isə təkcə sürücünü yox, həm də sərnişinləri düşünərək uğurlu şəkildə bir araya gətirilib. Məsələn, qızdırılan sükan və qızdırılan arxa oturacaqlar, oturacağın yaddaş paketi və 8 istiqamətdə tənzimlənməsi hər kəs üçün rahatlıq yaratmağa imkan verir. Həmçinin, avtomobilin salonu asanlıqla transformasiya olunaraq geniş yük yeri əldə edilir. Sürət, istiqamət, daxil olan zənglər və s. mühüm məlumatları sürücünün gözü önündə saxlayan Head-Up Display və Android Auto/Car play salonda informasiya dəstəyini təmin edir.

2.4 L-lik mühərrik (186 a/g), Real time AWD ötürücü, mühərrikin uzaqdan işə salınması ilə etibarlı idarəetməyə, Arxa/Ön park sensorları, Lanewatch kimi funksiyalarla həm də təhlükəsizliyə zəmanət verir.

Yeni Honda CR-V ilə tanış olmaq və ya  daha ətraflı məlumat almaq üçün Honda-nın Azərbaycandakı rəsmi distribüteri ilə əlaqə saxlaya bilərsiniz.

Honda Avtomobil Mərkəzi

Bakı-Sumqayıt şossesi 6-cı km

Tel: (012) 349 00 00

https://www.honda.az/auto/cr-v

ŞƏRH YAZ
Ad

E-mail

Şərh