Bilet ala bilməyən şəxs mikroavtobusu qaçırdı: qəza törətdi, öldü - FOTO 

Avtosfer Foto 4 İyul 2019 15:27 Oxunub 1550
Bilet ala bilməyən şəxs mikroavtobusu qaçırdı: qəza törətdi, öldü - FOTO 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı araşdırmalara başlanılıb

Türkiyənin Mərsin vilayətində baş verən yol qəzasında 1 nəfər ölüb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident 82 evlər məhəlləsi Səid Polad Bulvarı küçəsində qeydə alınıb.

Məlumata görə, C.C. adlı şəxs Adana avtovağzalından İstanbula getmək üçün bir şirkətdən bilet almaq istəyib. Biletin olmadığını bildirən şirkət işçilərinə əsəbiləşən şəxs, şirkətə aid olan 01 COP 47 fövlət qeydiyyat nişanlı mikroavtobusu qaçıraraq qaçıb.

C.C adlı şəxs Səid Polad Bulvarı küçəsi istiqamətində hərəkətdə olan vaxt idarəetməni itirərək beton arakəsmələrə çırpılarlaq qəza törədib.

Sürücülük vəsiqəsi olmayan şəxs hadisə yerinə ölüb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh