Arakəsmələrə çırpılan maşın körpüdən yola düşdü: 1 ölü, 2 yaralı - FOTO

Avtosfer Foto 5 İyul 2019 13:22 Oxunub 1511
Arakəsmələrə çırpılan maşın körpüdən yola düşdü: 1 ölü, 2 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Ankara şəhərində körpüdən düşən avtomobildə olan 3 nəfərdə biri ölüb, ikisi isə ağır xəsarətlər alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyulun 4-ü gecə saatlarında Altındağ rayonunun Zibeydə Xanım məhəlləsində qeydə alınıb.

Məlumata görə, Baxçalıevlər istiqamətində hərəkətdə olan 06 BİV 655 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü idarəetməni itirərək körpüdə dəmir arakəsmələrə çırpılıb. Qəzanın şiddətində nəqliyyat vasitəsi körpünün üstündən Etlik küçəsinə düşüb.

Nəticədə avtomobildə olan 3 nəfərdən ikisi ağır yaralanıb.

Ətrafda olan insanların çağırışı ilə hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə briqadaları gəlib. Yanğınsöndürmə əməkdaşları tərsinə çevrilən avtomobildən çıxardıqları Hakan Üstün çatdırıldığı xəstəxanada həyatını itirib. Digər iki yaralının isə xəstəxanada müalicələri davam etdirilir.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh