Sumqayıtda avtobus zolaqları çəkərkən ciddi səhvlərə yol verilib - Hüquqşünas

Yazarlar 5 İyul 2019 13:57 Oxunub 1327
Sumqayıtda avtobus zolaqları çəkərkən ciddi səhvlərə yol verilib - Hüquqşünas
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə işləri görəndə qanuna, satandarta baxmaq lazımdır

“Bu yaxınlarda Sumaqyıtda avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradıldığı barədə məlumat yayıldı. Şəxsən görməmişəm, amma bir neçə şifahi şikayət eşitmişdim. Bu gün qabağıma çıxan bu foto isə xeyli aydınlıq gətirdi...”. Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad hüseynov öz Facebook hesabında yazıb. Onun sözlərinə görə bu işdə çox ciddi səhvə yol verilib. “Xətlərin rəngi düz deyi, 1.23 nişanlanması təhrif olunub ("BUS" əvəzinə "A"), yolayrıclarında çox ciddi, özü də son dərəcə təhlükəli səhvlərə yol verilib. Hətta artıq bu səhv ucbatından qəza baş verdiyi də deyilir. Bir sözlə, xəcalət çəkdim.”

Hüqüqşünas hesab edir ki, bu səhvlər təcili aradan qaldırılmalıdır. ”Belə işləri görəndə qanuna, satandarta baxmaq lazımdır, cəmi 1-2 səhifəlik yazı var, onu oxumaq, dərk etmək və sonra iş görmək lazımdır. Ən azından Bakıda 3 yerdə bu zolaqlar var (istifadə edilməsə də), heç olmasa, bunlara baxmaq olardı".

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh