Ərşad Hüseynovdan sürücülərə tövsiyələr: texniki baxışla bağlı bunları edin

Öyrənək 5 İyul 2019 15:02 Oxunub 3737
Ərşad Hüseynovdan sürücülərə tövsiyələr: texniki baxışla bağlı bunları edin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Diqqətli olun ki, cərimə olunmayasınız

“Bu aralar avtomobilinizin texniki baxış vaxtını yoxlamağa daha diqqətli olun. Son vaxtlar texniki baxışdan keçmədən idarə etməyə görə cərimə olunanların sayı çoxalıb.” Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov bildirib. Hüquqşünasın sözlərinə görə, əvvəlki illərin təcrübəsi göstərir ki, əksər sürücülər öz avtomobillərini iyulda və avqustun əvvəllərində baxışdan keçiriblər. “Bu ildən tətbiq edilən dəyişiklik texniki baxış vaxtını əvvəlki ildə keçmə günündən 20 gün gec olmamaqla müəyyən edir (məsələn, əvvəlki il 5 iyulda baxışdan keçirilən avtomobil bu il 25 iyuldan gec olmayaraq baxışdan keçirilməlidir).”

Ərşad Hüseynov bununla bağlı tövsiyələr də verib. “Texniki baxış vaxtını asanpay.az-da elektron kabinetinizdə yoxlaya bilərsiniz, kabinet yoxunuzdursa, SMS Radar xidmətinə qoşulub oradan öyrənin (bu linkə daxil olun - https://avtosfer.az/static/31), yaxud yolda xidmət edən DYP əməkdaşlarında və ya DYP şöbələrindən soruşun. Diqqətli olun ki, cərimə olunmayasınız. Özü də bu ildən cərimə kameralarla yazılır, son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sizə 50 manat cərimə yazılacaq.”

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh