Avtosfer.az | Reklam
DYP-dən şad xəbər: bu ərazidə işıqfor qoyulacaq
Yol polisi 6 Iyul 2019 13:13 3750 dəfə oxunub
DYP-dən şad xəbər: bu ərazidə işıqfor qoyulacaq
Ərazidə problem həllini tapacaq

Bu gün Axar.az saytında Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsindəki (Elit ticarət mərkəzinin yanı) yolayrıcında hərəkətin düzgün təşkil olunmadığı barədə yazı dərc olunub. Bildirilib ki, hərəkətin təşkilində olan problemdən istifadə edən yol polisi sürücüləri qanunsuz olaraq cərimələyir. Sürücülər və narazılıq edən insanlar da həmin əraziyə işıqforun qoyulmasını istəyirlər. 
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, əraziyə bir daha baxış keçirilib və məlum olub ki, sözügedən yerdə quraşdırılan yol nişanları və hərəkətin təşkili Nazirlər Kabineti yanında Yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı əsasında həyata keçirilib və hər hansı bir nöqsan yoxdur. Lakin bununla belə vətəndaşların müraciətləri nəzərə alınaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi yenidən Yol hərəkəti təhlükəsizliyi komissiyasına müraciət edib və komissiyanın müsbət qərarı var. Yaxın vaxtlarda həmin ərazidə işıqforun qurulması nəzərdə tutulur. Ümid edirik ki, həmin ərazidəki problem həllini tapacaq.

Orxan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh