Yayın istisində buz kimi taksi - FOTO

Maraqlı 6 İyul 2019 18:34 Oxunub 1555
Yayın istisində buz kimi taksi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksidə pulsuz dondurma və sərin içkilər təklif olunur

Avopada müşahidə olunan kəskin istilərdə müştəri cəlb etmək istəyən taksi sürücüləri maraqlı üsullara əl atırlar.

Axar.az xəbər verir ki, Londonun məşhur taksi xidmətində işləyən sürücülərdən biri idarə etdiyi avtomobili qış ab-havasında bəzəyib. Avtomobilin içini buz dağı şəklində və qalın ağ kürklərlə döşəyib. Sürücü taksidə pulsuz dondurma və sərin içkilər də təklif edir.

Taksinin soyuducu sistemi gün ərzində fasiləsiz olaraq çalışır ki, bu da avtomobilin salonunu sərin, hətta bəzən buz kimi edir. Sürücü bununla son günlər rekord istilər müşahidə edilən Londonda özünə xeyli müştəri cəlb edə bilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh