Sərnişin avtobusu su kanalına düşdü: 29 ölü, 16 yaralı - FOTO + VİDEO

Avtosfer Foto 8 İyul 2019 10:50 Oxunub 1410
Sərnişin avtobusu su kanalına düşdü: 29 ölü, 16 yaralı - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib

Hindistanda 46 sərnişinin olduğu avtobusun su kanalına düşməsi nəticəsində 29 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident ölkənin şimalında yerləşən Aqra şəhərində qeydə alınıb. Bu  barədə “İndia Today” portalına yerli polisdən məlumat verilib.

Hüquq-mühafizə orqanları hadisə yerində 27 meyit və 16 yaralı aşkarlayıblar. Yaralılar xəstəxanalara çatdırılıb.

Uttar-Pradeş ştatının polisi “Twitter” səhifəsindən yaydığı məlumata görə, avtobus Lakhanudan Dehliyə gedən zaman 4.5 metr hündürlükdən düşüb. Qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib.

Həmçinin qeyd edilir ki, hazırda 20 sərnişin xilas edilib.

Polis xilasetmə əməliyyatını davam etdirir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh