Küçədə OLAY: İki qardaş hamilə qadının maşınına hücum edib - VİDEO

Avtosfer TV 8 İyul 2019 19:56 Oxunub 1187
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hücum edən şəxslərdən birinin paxlava ustası Hüseyn olduğu məlum olub

İstanbulda küçədə yol vermək üstündə dava olub. Belə ki, iki qardaş içərisində hamilə qadının olduğu avtomobilə hücum çəkiblər. Xuliqan qardaşlar maşının qapısını zorla açmaq istəyiblər. Buna nail ola bilmədikdə maşının güzgüsünü sındırıb, kapotun üzərinə çıxıb təpikləyiblər. Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hücum edən şəxslərdən birinin paxlava ustası Hüseyn Sel olduğu məlum olub.  

O, hadisəylə bağlı açıqlama verib və üzgün olduğunu dilə gətirib: "İyulun 6-da İstanbulda Pendik şosse yolunda baş verən bədbəxt hadisə mətbuatda yer alıb. Bu da bizim "Seydioğlu Baklava A.Ş" şirkətimizin sosial şəbəkələrdə tənqid edilməsinə səbəb olub. Baş verən mənfi hadisələrə görə hər kəsdən üzr istəyirik. Çox kədərliyik”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh