Putinin kortejindəki sedanın qiyməti açıqlandı

Avtoxəbər 8 İyul 2019 20:56 Oxunub 1371
Putinin kortejindəki sedanın qiyməti açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlkin olaraq sedanlar təqribən 480 644 manata satılacaq

Rusiyanın Sənaye və Ticarət Nazirliyi “Aurus” markasının “Senat” adlı sedanının qiymətini açıqlayıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, “Aurus” markası altında maşınlar Rusiya dövlətinin birinci simaları üçün nəzərdə tutulan avtomobilləri birləşdirən “Kortej” layihəsi çərçivəsində istehsal edilir. İlkin olaraq sedanlar təqribən 18 milyon rubla (təqribən 480 644 manat – red.) satılacaq. Qeyd edək ki, “Aurus” yüksək sinifli avtomobillərdir. Buraya “Senat-limuzin”, “Senat” sedan, “Arsenal” miniven və ad verilməyən kabriolet daxildir.

Xatırladaq ki, 2018-ci il mayın 7-də Rusiya Prezidenti Vladimir Putin aniçmə mərasiminə “Aurus Senat” limuzinində gəlmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh