Ölkəyə dron gətirilməsi prosesi daha da sərtləşdirilib

Texnologiya 8 İyul 2019 21:16 Oxunub 2855
Ölkəyə dron gətirilməsi prosesi daha da sərtləşdirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dronların gətirilməsi prosesi sadələşdirilməlidir

"Məlumdur ki, qanunvericiliyə görə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. İndiyədək mövcud olan qaydaya görə dron gətirmək istəyən NRYTN-ə müraciət etməli və 4 qurumun, XDMX (Xüsusi Dövlət Mühafizə Xidməti-red.), DTX (Dövlət Təhlükəsizliyi Xidməti-red.), DSX (Dövlət Sərhəd Xidməti-red.) və MN-in (Müdafiə Nazirliyi-red.) də icazəsini təqdim etməliydi".

Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, bu barədə İT mütəxəssisi Osman Gündüz öz "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, bir müddət öncə millət vəkili Tahir Mirkişili belə bir məhdudiyyətin olmadığını bildirmişdi və bununla bağlı sosial mediada bir xeyli müzakirələr getmişdi. "Biz dronların təyinatından asılı olaraq, qaydaların sadələşdirilməsini və məhdudiyyətlərin aradan qaldırılmasını təklif edirdik. Lakin dron gətirilməsinə icazə vermək istəyənlərin sayı günü-gündən artır. İndi də DİN dronların gətirilməsinə icazə verilməsi üçün səlahiyyətlər istəyib. Bir neçə gün öncə, Prezidentin fərmanı ilə DİN-ə də belə bir səlayiyyət verilib" - deyə Osman qeyd edib.

Onun sözlərinə görə, hazırda dron gətirilməsi üçün 6 dövlət qurumunun icazəsi tələb olunur: "Belə görünür ki, növbəti mərhələdə K/T Nazirliyi, Miqarsiya Xidməti, FHN və s. digər qurumlar da belə səlahiyyətlər istəyəcəklər. Fikrimcə, bu cür yanaşma doğru deyil. Son dövrlərdə Prezident Fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində Koordinasiya səlahiyyətləri XDMX –ya verilib. Belə olan halda dronla əlaqəli proseduraları bu qədər sərtləşdirməkdənsə, vətəndaşları 6 dövlət qurumuna yönləndirməkdənsə, yaxşı olmazdımı bu işlə elə bir qurum, məsələn XDMX məşğul olsun".

Ekspert hesab edir ki, dronların gətirilməsi prosesi sadələşdirilməli, elektron qeydiyyat sistemi formalaşdırılmalı və səlahiyyətlər də vahid bir quruma verilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh