Avtosfer.az | Reklam
Maskdan "Tesla" ilə bağlı YENİLİK
Texnologiya 9 Iyul 2019 12:44 263 dəfə oxunub
Maskdan "Tesla" ilə bağlı YENİLİK
Köhnə avtomobillərin yenilənməsi Full Self-Driving opsion paketi üçün 6 min dollar ödəmiş şəxslər üçün pulsuz olacaq

Əvvəlki illərdə istehsal olunmuş "Tesla" avtomobillərinin hamısı "tam avtomatik idarəetmə" funksiyası ilə təchiz olunacaq. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, bu barədə şirkətin təsisçisi İlon Mask Twitter hesabında yazıb. Avtomobillərin "beyin"lərinin yenilənməsi, çox güman ki, 2019-cu ilin 4-cü rübündə başlayacaq. Təxminən yarım milyon maşın modernləşdiriləcək.

Посмотреть изображение в ТвиттереKampaniya çərçivəsində köhnə modullu HW2+ çiplərinin əvəzinə FSD (full self-driving — "tam avtonom idarəetmə") quraşdırılacaq. Mask deyib ki, yeni prosessor artıq üç aya yaxındır ki, şirkətin bütün yeni maşınlarına quraşdırılır. Köhnə avtomobillərin yenilənməsi Full Self-Driving opsion paketi üçün 6 min dollar ödəmiş şəxslər üçün pulsuz olacaq. Mask hesab edir ki, tam avtonom maşınlar taksi qismində istifadə oluna bilər. Şirkət bu qənaətdədir ki, bu cür taksilərin bütün istismarı müddətində 300 min dollar gəlir əldə etmək mümkündür. "Tesla" şirkəti bəyan edib ki, icarəyə götürülmüş Model 3-ləri alaraq icarə müddəti bitdikdən sonra robot-taksi kimi istifadə etmək niyyətindədir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh