Avtosfer.az | Reklam
8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü danışdı - VİDEO
Gündəm 9 Iyul 2019 12:40 4552 dəfə oxunub
8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü danışdı - VİDEO
“Sürətim normal idi. Yolda nə sürət qoyulubsa o idi”

Bu gün səhər saatlarında Bakı-Astara yolunda baş verən qəzada 8 nəfərin öldüyü avtomobilin sürücüsü hadisənin necə baş verdiyini açıqlayıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, 99 LH 458 nömrəli “Mercedes” markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayev deyib ki, yanında oturan sərnişinə balış vermək istəyərkən yoldan diqqəti yayınıb və idarəetməni itirib: “Sürətim normal idi. Yolda nə sürət qoyulubsa o idi, saatda 100-120 ilə gedirdim. Yuxulu deyildim. Bakıdan səhər saat 6-nın yarısı çıxmışam, 8 sərnişin götürmüşdüm. Bakı-Lerik arası sərnişin daşıyıram”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh