Gənclər özlərinin istehsal etdikləri təyyarə ilə Qahirəyə çatıblar
Texnologiya 9 Iyul 2019 15:24 199 dəfə oxunub
Gənclər özlərinin istehsal etdikləri təyyarə ilə Qahirəyə çatıblar
Təyyarə Qahirədən Asuan əyalətinə uçuşu davam etdirib

Cənubi Afrikadan olan gənclər özlərinin istehsal etdikləri təyyarə ilə Keyptaundan havaya qalxaraq 6 həftə sonra Misirin Qahirə şəhərində uğurla eniş ediblər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, dörd yerlik “Sling 4” təyyarəsi Cənubi Afrikadan olan 20 tələbə tərəfindən yığılıb. Tələbələr təyyarəni 3 həftə ərzində Cənubi Afrikanın təyyarə inşaatı zavodunda hazırlanmış minə yaxın detaldan yığıblar. On iki min kilometrlik marşrut zamanı təyyarə Qahirədən əvvəl Namibiyada, Malavidə, Efiopiyada, Zənzibarda, Tanzaniyada və Uqandada yerə enib. 17 yaşlı pilot Meqan Vernerin dediyinə görə, Misirdə eniş zamanı hakimiyyət orqanları onları saxlamaq niyyətində idi, onların pasport və lisenziyaları əllərindən alınmışdı, lakin dörd saatdan sonra bütün məsələlər öz həllini tapdi və onlara uçuşu davam etmək üçün yanacaq da verildi. Sonra təyyarə Qahirədən Asuan əyalətinə uçuşu davam etdirib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh