Bir dəqiqədə iki "protiv", iki təhlükəli manevr - "Kamikadze sürücü" - VİDEO

Avtosfer TV 9 İyul 2019 17:16 Oxunub 2466
Bir dəqiqədə iki "protiv", iki təhlükəli manevr - "Kamikadze sürücü"  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1 dəqiqə ərzində sürücü yolda əməlli-başlı təhlükə mənbəyinə çevrilir

Bakıda ardıcıl olaraq 4 dəfə kobud qayda pozuntusuna yol verən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 90 GK 975 dövlət nömrə nişanlı, “Toyota Camry” markalı avtomobilin sürücüsü Koroğlu Rəhimov küçəsində əvvəlcə əks yola çıxır, ardınca digər avtomobilin önünə çıxaraq təhlükə yaradır. Bununla kifayətlənməyən sürücü ikinci dəfə başqa bir sürücüyə təhlükə yaradır. Bu dəfə manevr qaydalarını kobud şəkildə pozur. Bununla da sürücünün qayda pozuntuları bitmir. Yüksək sürətlə hərəkət edən avtomobil qəfildən yenidən qoşa xəttin tələbini pozaraq əks yola keçir.

Ümumilikdə 1 dəqiqə ərzində sürücü yolda əməlli-başlı təhlükə mənbəyinə çevrilir. Ümid edirik ki, DYP sürücünü aşkar edərək barəsində ciddi tədbir görəcək.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh