Polis əməkdaşları qanvermə aksiyasında fəal şəkildə iştirak ediblər

Avtoxəbər 9 İyul 2019 22:47 Oxunub 3461
Polis əməkdaşları qanvermə aksiyasında fəal şəkildə iştirak ediblər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq

B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən Mərkəzi Qan Bankının əməkdaşlarının iştirakı ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.

 DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə reallaşan aksiyada Cəlilabad Rayon Polis şöbəsinin şəxsi heyəti fəal iştirak edib. Onlar belə tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan veriblər. Qeyd edək ki, yığılan qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh