"Formula 1" komandası pilotları ilə müqaviləni uzadıb

Yarışma 10 İyul 2019 10:31 Oxunub 1238
"Formula 1" komandası pilotları ilə müqaviləni uzadıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, hər iki pilotun çıxışından razılığını bildirib

"Formula 1"də çıxış edən "Maklaren"in rəhbərliyi komandanın pilotları Karles Sayns və Lando Norrislə əməkdaşlığın uzadıldığını açıqlayıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hər iki sürücü ilə 2020-ci ilədək müqavilə bağlanılıb. Bu mövsüm Sayns "Maklaren"də, Norris isə ümumilikdə "Formula 1"də debüt edib. 9 mərhələdən sonra onlardan birincisi 30 xalla 7-ci, digəri isə 22 xalla 8-ci pillədə qərarlaşıb. Komandanın rəhbəri Zak Braun həftəsonu keçiriləcək Böyük Britaniya Qran-prisi ərəfəsində yeni müqaviləni rəsmiləşdirmələrindən məmnunluq ifadə edib. O, hər iki pilotun çıxışından razılığını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh