Küçəyə zibil atanlar yadplanetlilərdir? – Sosial ÇARX

Öyrənək 10 İyul 2019 11:25 Oxunub 2991
Küçəyə zibil atanlar yadplanetlilərdir? – Sosial ÇARX
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hamı belə edir. Məgər təkcə mənəm?” deməyin

Bakı şəhər İcra Hakimiyyəti şəhərin sakinlər tərəfindən zibillənməsinə qarşı sosial çarx çəkib. Avtosfer.az xəbər verir ki, videoda şəhərin küçələrinə zibil atan şəxslərə irad bildirəndə cavab eynidir. “Hamı belə edir. Məgər təkcə mənəm?”

Təbii ki, bu şəhəri zibilləyən elə bizim özümüzük. Hər kəs bir siqaret kötüyü, bir parça kağız, bir su qabı atsa təbii ki, küçələrdə zibil əlindən tərpənmək olmaz.

Digər sosial şarxda isə şəhərə gətirilən yeni zibil qablarından bəhs olunur. Təkrar emal üçün nəzərdə tutulan bu qablara tullantıların çeşidlənərək atılması təbliğ olunur. Çünki dünyanın demək olar ki, əksər inkişan etmiş ölkələrində bu mövcuddur.

Gəlin videoçarxlara baxaq və şəhərimizi zibilləməyək. Başa düşək ki, zibili küçəyə atan yadplanetlilər deyil, elə bizim özümüzük.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh