Sürücü DYP postu ilə bağlı nazirə MƏKTUB YAZDI

Xəbərlər 10 İyul 2019 13:15 Oxunub 2762
Sürücü DYP postu ilə bağlı nazirə MƏKTUB YAZDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis uşağı vaxtında xəstəxanaya çatdırdı və sağ qaldı

Vətəndaş Ceyhun Həsənov DİN-ə ünvanladığı məktubunda bildirir ki, iyunun 30-da axşam saatlarında 2 aylıq körpəsinin səhhəti qəfildən pisləşib. Təcili körpəni Şamaxı şəhər xəstəxanasına aparıblar. Orada həkimlərin müdaxiləsi ilə uşağın səhhəti normallaşıb. Lakin evə gələndən bir az sonra yenidən vəziyyəti pisləşdiyindən onu Bakıya gətirmək məcburiyyətində qalıblar.
Müəllif yazır ki, avtomobildə müəyyən nasazlıq olduğundan sürətlə idarə etmək mümkün deyildi. Gecə saat 2.20 radələrində Qaradağ rayonu ərazisində stasionar yol polisi postuna çatanda ilk ağlına gələn polisə müraciət etmək olub. O, yol polisi əməkdaşlarına problemi bildirib və uşağı Bakıya çatdırmaq üçün kömək istəyib.
Polis baş serjantları Fariz Hümbətov və Anar Abdullayev dərhal onu, həyat yoldaşı və körpəsini öz xidməti maşınları ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) çatdırıblar. Polis əməkdaşları körpənin səhhəti tam qaydasına düşənədək onların yanında olub, ailəyə mənəvi dəstək veriblər. 
C.Həsənov bu yüksək mənəvi keyfiyyətlərə malik polis əməkdaşlarının olmasına görə, insanlara göstərdikləri diqqət və qayğıya, sonadək ailələrinin yanında olaraq mənəvi dəstəyə və təsəlliyə görə DİN rəhbərliyinə, həmçinin BDYPİ-nin Yol Patrul Xidməti Alayının 3-cü taqımının əməkdaşlarına dərin təşəkkürünü bildirir və belə polis əməkdaşlarının qürur mənbəyi olduğunu qeyd edir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh