Yük maşını “Hyundai Tucson”u tanınmaz hala saldı: 3 ölü, 1 yaralı - FOTO
Avtosfer Foto 10 Iyul 2019 14:56 5628 dəfə oxunub
Yük maşını “Hyundai Tucson”u tanınmaz hala saldı: 3 ölü, 1 yaralı - FOTO
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub

Krımda minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Avtosfer.az “Vesti”yə istinadən xəbər verir ki, insident iyulun 10-nu səhər saatlarında Feodosiya rayonunda “Tavrida” magistral yolunda qeydə alınıb. İlkin məlumatlara görə, “Hyundai Tucson” markalı avtomobil qarşı zolağa çıxaraq “MAN” markalı yük maşınına çırpılıb. Qəzanın şiddətindən “Hyundai” tanınmaz hala düşüb. Nəticədə qadın və iki uşaq hadisə yerində keçinib. Daha bir azyaşlı xilasetmə briqadalarının köməkliyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh