Avtosfer.az | Reklam
Yol polisləri yolda vəziyyəti pisləşən qadının həyatını belə xilas etdi - VİDEO
Yol polisi 11 Iyul 2019 10:58 1715 dəfə oxunub
Yol polisləri yolda vəziyyəti pisləşən qadının həyatını belə xilas etdi - VİDEO
Patrul avtomobili ilə təcili xəstəxanaya çatdırıblar

Baş Dövlət Yol polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının ərazisində xidmət aparan yol polisləri qadının həyatını xilas edib. Avtosfer.az xəbər verir ki, tağımın əməkdaşları Anar Alışov və Asif Əzimov xidmət aparan zaman yol kənarında dayanmış "Qazel" markalı mikroavtobusun sürücüsü Zəka Kəlbizadə onlara əl edərək saxlamalarını istəyir. YPX əməkdaşları avtomobili saxlayıb nə baş verdiyi ilə maraqlanırlar.

Məlum olur ki, sərnişinlərdən biri Biləsuvar rayonu Xırmandalı kənd sakini Günel Abbaslının vəziyyəti pisləşib. YPX əməkdaşları dərhal qadını patrul avtomobilinə qoyaraq Cəlilabad rayon xəstəxanasına çatdmaq istəyiblər. Lakin yolda qadının vəziyyətinin daha da pisləşdiyini görən yol polisləri Alar kəndindəki tibb məntəqəsinə dönüblər. Orada qadına ilkin tibbi yardım göstərildikdən sonra yol polisləri yenidən patrul avtomobili ilə qadını Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra qadının həyatı riski aradan qalxıb.

Qeyd edək ki, hadisələr patrul avtomobilində olan kamera vasitəsiyə qeydə alınıb. Görüntüləri təqdim edirik:

Orxan

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh