15 yaşlı yeniyetmə xalasının avtomobilini aşırdı: 1 ölü, 5 yaralı - FOTO

Avtosfer Foto 11 İyul 2019 11:27 Oxunub 1575
15 yaşlı yeniyetmə xalasının avtomobilini aşırdı: 1 ölü, 5 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib

Türkiyənin Samsun vilayətində 15 yaşlı yeniyetmə xalasının avtomobilini qaçıraraq qaza törədib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə gecə saatlarında Atakum rayonunun İncəsu məhəlləsində baş verib. Məlumata görə, A.A,. xalasına məxsus avtomobili icazəsiz götürərək eyni yaşda olan 5 dostu ilə gəzintiyə çıxıb.

Adnan Menderes Bulvarında sürətlə hərəkətdə olan avtomobil A.A.-nın idarəetməsindən çıxaraq aşıb. Qəza nəticəsində sürücü ilə birlikdə 6 nəfər xəsarət alıb.

Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə tibb və polis briqadaları əməkdaşları gəlib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdiriliblər.

Xəsarət alanlardan Ömər Toğrul Çakar həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Xəstəxandan digər yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh