Avtosfer.az | Reklam
"KamAZ" sürücüsünün ölümü ilə bağlı cinayət işi başlandı
Gündəm 11 Iyul 2019 11:41 480 dəfə oxunub
"KamAZ" sürücüsünün ölümü ilə bağlı cinayət işi başlandı
Faktla bağlı cinayət işi başlanıb

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, hadisə Bakı-Qazax-Rusiya sərhədi yolunun 147-ci kilometrliyində, yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib. Kəlbəcər rayonundan olan məcburi köçkün, Gəncə şəhərində müvəqqəti məskunlaşan, 1976-cı il təvəllüdlü Ağayev Fikrət Əvəz oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və eyni istiqamətdə qarşıda hərəkətdə olan 1963-cü il təvəllüdlü Gəncə şəhər sakini Cəlalov Arif Əmrah oğlunun idarə etdiyi "MAZ" markalı dartıcının arxasında olan yarımqoşquya çırpılıb.

Hadisə nəticəsində "KamAZ" markalı yük maşınının sürücüsü yerindəcə keçinib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh