Avtosfer.az | Reklam
DYP-dən velosiped sürənlərə XƏBƏRDARLIQ: "Qaydalara riayət edin" - VİDEO
Yol polisi 11 Iyul 2019 12:26 383 dəfə oxunub
DYP-dən velosiped sürənlərə XƏBƏRDARLIQ: "Qaydalara riayət edin" - VİDEO
Rüfət Quliyev: "Velosiped sürücüləri ciddi şəkildə yol hərəkəti qaydalarına riayət etməlidir"

Son zamanlar Bakıda və eyni zamanda ölkəmizin digər şəhərlərində velosipedçilərin sayı artmaqdadır. Müxtəlif yollarda bəzi velosiped sürücüləri hərəkət edərkən, qayda pozuntulara yol verərək, təhlükəsizlik qaydalara riayət etməyərək, yolun ortasında və ya axşam saatlarında işıqqaytarıcı elementlərdən istifadə etməməsinə rast gəlmək olur. Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, velosiped sürücüləri ciddi şəkildə yol hərəkəti qaydalarına riayət etməli, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət etməlidirlər.

Polis polkovnik-leytenantı qeyd edib ki, "Yol hərəkəti haqqında" qanunun 38-ci maddəsində mühəriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli olduğu öz əksini tapıb. Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, onu idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır".

Rüfət Quliyev bildirib ki, velosiped sürən şəxs unutmamalıdır ki, sutkanın qaranlıq vaxtında hərəkətdə olarkən, işıq qaytarıcı vasitələrdən istifadə etməli, sükanı saxlamalı, əyləci, təkərləri qaydasında olmalı və təbii ki, təhlükəsizlik dəbilqəsindən istifadə olunmalıdır.

Orxan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh