DİN və AQTA reyd keçirdi: Maşından 400 kq yararsız ət aşkarlandı - FOTO

Qaydalar 11 İyul 2019 12:41 Oxunub 1373
DİN və AQTA reyd keçirdi: Maşından 400 kq yararsız ət aşkarlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmalar aparılır

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələrinin iştirakı ilə Ağdam və Ağdaş rayonları ərazilərində keçirilib. DİN-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Ağdam rayonu ərazisində Ağcabədi rayon sakini A.Nəsibovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 175 kiloqram, Ağdaş rayonu ərazisində isə Mingəçevir şəhər sakini M.Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan 200 kiloqram ət məhsulu aşkar edilərək götürülüb. Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh