Avtosfer.az | Reklam
Şəki sakini qonaq olduğu evdən 3100 manat oğurlayıb
Gündəm 11 Iyul 2019 12:45 563 dəfə oxunub
Şəki sakini qonaq olduğu evdən 3100 manat oğurlayıb
Araşdırma aparılır

Şəki sakini Bakıda qonaq olduğu evdən oğurluq edib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib. 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılıb.

Araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh