Böyük Britaniya daha 5 il “Formula 1”ə ev sahibliyi edəcək

Yarışma 11 İyul 2019 15:11 Oxunub 1352
Böyük Britaniya daha 5 il “Formula 1”ə ev sahibliyi edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin “Formula One Management Limited”lə 2023-cü ilə qədər müqaviləsi var

Böyük Britaniya daha 5 il “Formula 1” üzrə dünya çempionatının təqvimində yer alacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı “Formula One Management Limited”lə yerli Təşkilat Komitəsi arasında 2024-cü ilə qədər müqavilə bağlanılıb. “Formula 1” yarışları 1950-ci ildən Silverstoun transında baş tutur. 

Qeyd edək ki, “Formula 1” Azərbaycan da daxil olmaqla, 21 ölkədə keçirilir. Yeni mövsümdən etibarən, təqvimdə Hollandiya və Vyetnam Qran-priləri peyda olacaq. Əvəzində Meksika və İtaliyadakı mərhələlərin ixtisara düşəcəyi gözlənilir. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin “Formula One Management Limited”lə 2023-cü ilə qədər müqaviləsi var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh