“L-39” təlim-məşq təyyarəsi qəzaya uğradı: 1 ölü, 1 yaralı
Qəzalar 11 Iyul 2019 16:00 242 dəfə oxunub
“L-39” təlim-məşq təyyarəsi qəzaya uğradı: 1 ölü, 1 yaralı
Qəza mühərrikdə yaranan nasazlıq səbəbindən baş verib

Taylandda Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təlim-məşq “L-39” təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyulun 11-i ölkənin şimalında yerləşən Çianqmay vilayətində qeydə alınınb. Bu barədə “ThaiRatTV” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, pilot-qırıcı təlimi-məşq üçün nəzrədə tutulan təyyarə Çianqmay vilayətində 411-ci tədris komandanlığına məxsusdur. Təyyarə dağlıq ərazidə təlim uçuşu keçirən zaman anidən mühərriklərin birində nasazlıq baş verib.

Təyyarəni pilot-təlimatçı və kursant idarə edib.

Mühərrikdə yaranan nasazlıq anında təyyarə elə də hündürlükdə olmayıb. Hər iki pilot katapult ediblər. Lakin, pilotlardan biri paraşütlə düşən vaxt ağaclara dəyərək ölüb, digəri isə ağır xəsarətlər alıb.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh