Bakının 2 prospektində xətlənmə işləri aparılacaq
Gündəm 11 Iyul 2019 17:06 842 dəfə oxunub
Bakının 2 prospektində xətlənmə işləri aparılacaq
Sadalanan işlərin iyulun 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub

İyulun 11-12-də Atatürk və Qara Qarayev prospektlərində xətlənmə işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib ki, iyulun 20-28-də Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən olunan marşrut üzrə əsas yol şəbəkəsində "Sarı zolağın” çəkilişi işləri davam etdirilir. Məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir. Bu çərçivədə iyulun 11-12-də saat 22:00-dan səhər saatlarınadək Atatürk və Qara Qarayev prospektlərində xətlənmə işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

"Sarı zolağın” çəkilişinə iyulun 8-dən başlanılıb, müəyyən edilən marşrut üzrə digər küçə və prospektlərdə artıq yekunlaşdırılıb. Zolağın çəkilişi ilə bərabər müvafiq nişanlanma işləri aparılır və yol nişanları quraşdırılır, həmçinin asfalt üzərində təyin edilən yerlərdə xüsusi boya ilə festivalın loqosu da vurulur. Sadalanan işlərin iyulun 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh