Ağcabədidə 4 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur - FOTO
Gündəm 11 Iyul 2019 20:07 142 dəfə oxunub
Ağcabədidə 4 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur - FOTO
Layihənin sonuncu mərhələsində yolboyu 5 avtobus dayanacağı inşa ediləcək

Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, 18 kilometrlik yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır. Yolun əsaslı şəkildə bərpası yolboyu 4 yaşayış məntəqəsində yaşayan əhalinin sevincinə səbəb olub.

Layihəyə uyğun olaraq, yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bu, 4,2 kilometr Boyat, 4 kilometr Qaraxanlı və 3,1 kilometr uzunluğa malik Hacılar kəndlərinə gedən və kənlərin daxili avtomobil yolları, həmçinin uzunluğu 6,7 kilometr olan Biləyən kəndinin yoludur. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. Yenidənqurma işləri çərçiəsində 416 poqonmetr uzunluğunda müxtəlif diametrlərə malik dəmir-beton boruların quraşdırılması işləri aparılıb. Həmçinin “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yol əsasının inşası, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Layihənin sonuncu mərhələsində yolboyu 5 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı və məlumatverici lövhə, 344 təhlükəsizlik dirəklərinin, yolun dərələrdən keçən hissələrində hər iki tərəfdən 610 poqonmetr əyrixətli tirlərin quraşdırılması və yolda xətlənmə işləri aparılmaqla yaxın müddət ərzində müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub.

Ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.

 

Namiq

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh