Avtosfer.az | Reklam
Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi - DƏHŞƏT
Gündəm 11 Iyul 2019 20:26 3520 dəfə oxunub
Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi - DƏHŞƏT
Qəzada səkkiz nəfər ölüb.

Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı övladı ölən qadın intihar edib. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-ın əməkdaşlarına qəza nəticəsində ölənlərin yaxınları məlumat verib. Belə ki, hadisə zamanı ölən 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlunun anası intihar edərək həyatına son qoyub. Sözügedən qadının qəzada yaralanan qızı - 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada özünü öldürdüyü bildirilir.

Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub. Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh