Xəzər rayonunda qadını maşın vurub
Qəzalar 12 Iyul 2019 07:28 158 dəfə oxunub
Xəzər rayonunda qadını maşın vurub
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb

Xəzər rayonu Qala qəsəbəsinə gedən yolda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Buzovna sakini 1973-cü il təvəllüdlü Qarayeva Nisə Vəli qızı yolu keçərkən "VAZ 2106" markalı avtomobil onu vurub.  Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması və bədəninin çoxsaylı sınıqları diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. N.Qarayevanın vəziyyətinin ağır olduğu bildirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh