Avtosfer.az | Reklam
Kanadaya məxsus sərinişin təyyarəsi Honoluluda təcili eniş edib
Gündəm 12 Iyul 2019 07:36 197 dəfə oxunub
Kanadaya məxsus sərinişin təyyarəsi Honoluluda təcili eniş edib
Ümumilikdə təyyarənin göyərtəsində 269 sərnişin və 15 heyət üzvü olub

Kanadanın "Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honoluluda təcili eniş edib. Avtosfer.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Vankuver-Sidney reysini həyata keçirən Boeing 777-200 avialayneri 10 min metr yüksəklikdə turbulentlik zonasına düşməsi səbəbindən təcili eniş etmək məcburiyyətində qalıb. Bildirilir ki, insident nəticəsində azı 35 sərnişin xəsarət alıb. Onlara təyyarə eniş etdikdən sonra tibbi yardım göstərilib. Ümumilikdə təyyarənin göyərtəsində 269 sərnişin və 15 heyət üzvü olub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh