Avtosfer.az | Reklam
Bakıda 2 sürücü yol üstündə dava etdi, 1 nəfər xəstəxanaya yerləşdirildi
Gündəm 12 Iyul 2019 08:05 296 dəfə oxunub
Bakıda 2 sürücü yol üstündə dava etdi, 1 nəfər xəstəxanaya yerləşdirildi
Faktla bağlı araşdırma aparılır

Bakıda küçədə sürücülər arasında dava olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Alıyev Vüqar Azər oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu ərazisində "Bizim market"in qarşısında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadıqov Anar Adil oğlunun idarə etdiyi avtomobilin qarşısını kəsib. Hər iki sürücünün mübahisəsi davaya çevrilib və nəticədə V.Alıyev bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh