Turistləri daşıyan mikroavtobus aşdı: 11-i uşaq, 16 yaralı - FOTO
Qəzalar 12 Iyul 2019 08:29 577 dəfə oxunub
Turistləri daşıyan mikroavtobus aşdı: 11-i uşaq, 16 yaralı - FOTO
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Antalya vilayətində turist mikroavtobusunun aşması nəticəsində 16 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Manavgat rayonunun D-400 avtomobil yolunda qeydə alınıb. Məlumata görə, Alaniya rayonundan götürdüyü rus turistləri Antalya hava limanına aparmaq üçün yola çıxan sürücünün idarəetməsindəki 03 ABB 8080 dövlət qeydiyyat nişanlı tur mikroavtobusu naməlum səbəblərdən arakəsmələrə çırpılaraq aşıb. Qəzada nəqliyyat vasitəsinin sürücüsü və 11-i uşaq olmaqla, 16 nəfər təcili tibbi yardım maşınları ilə ətrafda yerləşən müxtəlif xəstəxanalara çatdırılıblar. Yaralıların səhətlərinin normal olduğu bildirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh